“Nazpərinin 25 minini şəhid ailələrinə verəcəyəm”- - İlhamə

nazperinin-25-minini-sehid-ailelerine-vereceyem-
Oxunma sayı: 2611


“Qafqazinfo” xəbər verir ki, İ.Quliyeva axşam.az-ın əməkdaşı ilə söhbətində ödəniləcək məbləğin aqibətindən danışıb:

“Nazpəri yenidən məhkəməyə müraciət edib. 25 min manatı hissə-hissə ödəmək istədiyini bildirib. Mən buna etiraz etdim. Məhkəmə də onun iddiasını əsassız saydı. 25 min manat bütov şəkildə ödənilməlidir. Bu pulu şəhid ailələri, kimsəsiz uşaq və qocalar evləri arasında bölüşdürəcəm. Bu insanlar oturub illərlə gözləməyəcək ki, 25 min manat qəpik-qəpik ödənilsin. Məhkəmə qərarı artıq icra edilib. Məbləğ bir manatı da əskik olmadan ödənilməlidir. Bu, vəkilimin iştirakı ilə baş verəcək”.

Qeyd edək ki, xalq artisti İlhamə Quliyeva ilə Nazpəri Dostəliyeva arasındakı məhkəmə prosesinə Ali Məhkəmənin qərarı son qoyub. Qərara əsasən, Nazpəri Dostəliyeva İlhamə Quliyevaya 25 min manat cərimə ödəyəcək və ondan üzr istəyəcək.