Nazpərinin yolu Şamaxıyadır

nazperinin-yolu-samaxiyadir-
Oxunma sayı: 634

Müğənninin mətbuat katibinin “Qafqazinfo”ya verdiyi məlumata görə, xalq artistinin açıq havada on minlərlə tamaşaçı izləyib. Konsertdə millət vəkilləri, rayonun rəsmi nümayəndələri və rayon icra hakimiyyətinin başçısı Nizami Ələkbərov da iştirak edib. “Sehir” adlanan musiqili gecənin aparıcısı Nazpəri Dostəliyevanın özü olub.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov konsertdən sonra xalq artistinə təşəkkür məktubu göndərib.

Qeyd edək ki, əyalətlərə silsilə konsertlər davam edəcək. Yeni il ərəfəsində Nazpəri Dostəliyevanın Şamaxıda geniş kütlə qarşısında konserti gözlənilir.

Nigar Məmmədli