“NBCBank” məhkəmə xəbərini təkzib etdi

nbcbank-mehkeme-xeberini-tekzib-etdi
Oxunma sayı: 647


Bankın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, 28.10.2014-cü il tarixdə bir sıra saytlarda (www.mia.az, www.qafqazinfo.az, www.banker.az və.s) “NBCBank Beynəlxalq Bankı (və ya “Azərikard” MMC-ni) məhkəməyə verib" başlığı ilə həqiqətə uyğun olmayan məlumatlar dərc edilib: ““NBCBank” ASC olaraq bildiririk ki, “NBCBank” Açıq Səhmdar Cəmiyyəti 2004-cü ildən “Azərikard” MMC ilə və 2006-cı ildən isə Azərbaycan Beynəlxalq Bankı ilə bank əməliyyatları, o cümlədən VISA, Master Card və digər plastik kartların dövriyyəsi ilə bağlı uğurla əməkdaşlıq edir. Qeyd etmək istəyirik ki, həm Azərbaycan Beynəlxalq Bankı, həm də “Azərikard” MMC ilə əməkdaşlığımız bu gün də ən yüksək səviyyədə davam etdirilir və indiyədək aramızda heç bir problem yaranmayıb.

Bütün yuxarıda qeyd olunanları nəzərə alaraq, 28.10.2014-cü il tarixdə yayımlanmış bu məlumatları yayan bütün kütləvi informasiya vasitələrindən (saytlardan) qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 44 və 45-ci maddələrinə uyğun olaraq müəyyən olunmuş müddət ərzində təkzib və düzəliş verilməsini tələb edirik. 

Bir daha bildiririk ki, “NBCBank” ASC 22 illik bank təcrübəsinə malik olan bir bank kimi yerli və xarici banklarla, nüfuzlu maliyyə institutları ilə əməkdaşlığını bu gündə uğurla davam etdirir”.

Qeyd edək ki, sözügedən xəbəri “Qafqazinfo” mia.az saytına istinadən yaymışdı.