“Ndlovu “Qarabağ”ı sabah tərk edə bilər” - Klubdan açıqlama

“Ndlovu “Qarabağ”ı sabah tərk edə bilər”
Oxunma sayı: 1340

“Qarabağ”ın direktoru Əmrah Çəlikəl Dino Ndlovunun Çinin “Xançjou Qrintaun” klubuna keçəcəyi ilə bağlı yayılan xəbələrə aydınlıq gətirib.

“Qafqazinfo” xəbər verir ki, klub rəsmisi qol.az-a açıqlamasında cənubi afrikalı hücumçu üçün təklif aldıqlarını təsdiqləyib:
 
“Bəli, Ndlovuya belə bir təklif var. Ancaq hələ götür-qoy etməmişik. Ona görə də indidən bu haqda danışmaq tez olar. Son qərarı Qurban müəllim verəcək. Futbolçunun da fikirlərini öyrənəndən sonra, mənə elə gəlir ki, gələn həftə ərzində Dinonun gedib-getməyəcəyi aydınlaşacaq”.
 
Qeyd edək ki, Cənubi Afrika mətbuatı qış transfer pəncərəsi açılandan sonra “Qarabağ”ın 750 min avro təzminat almaqla Ndlovunu “Xançjou Qrintaun” klubuna satmağa razılıq verdiyini yazıb. Afrika millisinin hücumçusu ilə 2 illik müqavilə bağlanacağı bildirilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi