Nə alan var, nə satan...

ne-alan-var-ne-satan
Oxunma sayı: 3640

Bakının maşın bazarında vəziyyət günü-gündən daha acınacaqlı vəziyyətə düşür.

"Qafqazinfo" xəbər verir ki, BAKU.WS-in əməkdaşlarının apardığı müşahidələrdən aydın olub ki, bazara maşın satmağa çox az sayda adam gəlir. Bir neçə ay əvvəl bazarda həftə sonu maşın həddən artıq çox olurdu. Ancaq son həftələr həm alıcıların, həm də satıcıların sayı kəskin azalıb.

Maşın bazarında yaranan bu durğunluğun əsas səbəbi dolların məzənnəsinin sabit olmamasıdır. Bununla yanaşı, dövriyyədə manat kütləsinin də azlığı bazarda alış-satışa mane olan əsas amillərdəndir.

Hazırda bazarda avtomobil sahibləri əsasən maşını barter yolu ilə satırlar. Mühərrikin həcmi, istehsal tarixindən asılı olaraq avtomobilini dəyişmək istəyənlər bazarda razılaşır və əlavə ödənişlə satışı həyata keçirir.

Maşın bazarının həftə sonu görməyə öyrəşdiyimiz vəziyyətindən artıq əsər-əlamət qalmayıb.