Nə “gözəl” AŞPA: Dəlil yox, sübut yox...qətnamə var

ne-gozel-aspa-delil-yox-subut-yoxqetname-var
Oxunma sayı: 6303

Hədəf yenə Azərbaycandır. Sanki müzakirə ediləsi başqa məsələ yoxdur. Bir qrup ermənipərəst deputat, Cors Soros adlı qoca tülkünün havadarlığı ilə yenidən dişlərini qıcıyıb Azərbaycana qarşı hücuma keçiblər. 

Ölkənin beynəlxalq aləmdəki nüfuzunun gündən-günə artması, regionda söz sahibinə çevrilməsi illərdir onlara rahatlıq vermir. Artıq dönməz xarakter alan siyasi və sosial-iqtisadi islahatlar, xalqın rifahının günü-gündən yuksədidilməsi yönündə ard-arda verilən sərəncamlar, dövlət idarəçiliyində yeni standartların tətbiqi, martda imzalanmıh Böyük əfv fərmanı belə bunların yuxusuna haram qatıb. Ancaq qara yaxmaq, heç bir sübut olmadığı halda qətnamə qəbul etmək? Bu necə olur axı. 

Bu məqama qayıdacağıq. İndilikdə isə buyurun:

Aprelin 11-də Strasburqda AŞPA-nın Yaz Sessiyasında “Korrupsiya maşını: mütəşəkkil cinayətkarlığa və çirkli pulların yuyulmasına qarşı beynəlxalq təhlükələrə reaksiya” adlı (2279) qətnamə qəbul edilib.

Sənəd Hüquq məsələləri və insan hüquqları Komitəsi tərəfindən təqdim edilib, məruzənin müəllifi Hollandiyalı deputat Mart van de Vendir.

Əslində köhnə bayatılardır. Sən demə, Avropa Şurası əvvəlki və heç bir sübutu olmayan “Azərbaycan landromatı” məruzəsində əks olunmuş faktlardan narahat olub. Bu iftira dolu məruzədə Azərbaycan nümayəndələri tərəfindən böyük məbləğdə çirkli pulların yuyulmasından, Avropa xadimlərinin və deputatlarının ələ alınmasından söhbət gedirdi.

O qədər absurd ittihamlardır ki, bunu elə AŞPA-da korrupsiya haqqında məlumatların tədqiq edilməsi məqsədilə yaradılmış komissiyanın üzvü, Avropa İnsan Hüquqları Məhkəməsinin sabiq sədri Nikolas Bratsanın dediyklərindən də görünür.

Sitat: “Biz hansı məsələyə görə hansı hədiyyənin verildiyini dəqiq bilmirik. Bunu sübut edəcək yetərli dəlillərə malik deyilik”.

Biz indi başqa bir sitat da gətirəcəyik. Söhbət Prezident İlham Əliyev hələ 2015-ci ildə AŞPA-nın Azərbaycana qarşı qəbul etdiyi qətnaməylə bağlı şərhindən gedir. 

“Biz bilirik ki, bunun arxasında hansı qüvvələr dayanır. Bu qüvvələr bundan əvvəl dəfələrlə Azərbaycana qarşı əsassız ittihamlar irəli sürmüşlər, bizi şantaj etmişlər. Onların yeganə məqsədi ondan ibarətdir ki, inkişafda olan, müasir, müstəqil siyasət aparan, tolerant, multikulturalizmin məkanı olan Azərbaycanı ləkələsinlər, gözdən salsınlar və Avropada Azərbaycan haqqında yanlış, tamamilə həqiqətə zidd bir rəy yaratsınlar. Burada əlbəttə ki, biz erməni lobbisinin rolunu da görürük və hesab edirəm ki, Avropanın müvafiq hüquq mühafizə orqanları Avropa Parlamentinin bəzi üzvləri ilə erməni lobbiçiləri arasındakı gizli əlaqələri də araşdırsalar pis olmaz”. 

Cənab prezident o zaman ölkəsinə zərbənin hardan gəldiyini zərgər dəqiqliyi ilə müəyyənləşdirmişdi. Hə, onların məqsədi “Onların yeganə məqsədi ondan ibarətdir ki, inkişafda olan, müasir, müstəqil siyasət aparan, tolerant, multikulturalizmin məkanı olan Azərbaycanı ləkələsinlər, gözdən salsınlar və Avropada Azərbaycan haqqında yanlış, tamamilə həqiqətə zidd bir rəy yaratmaqdır”.

Bəs kimlərdir Azərbaycana diş qıcıyanlar? Adbaad sadalamaq istəməzdik. Amma ən böyük havadarları ermənipərəsət milyarder Corc Sorosdur. 

Bu məkrli adamın əsas məqsədi müstəqil siyasət yürüdən dövlətlərdə iğtişaşlar, qiyamlar yaratmaq, həmin ölkələri müti köləyə çevirməkdir. Azərbaycan kimi müstəqil siyasət yürüdən dövlətlərin varlğı bu tip adamları həmişə narahat edir. Soros və onun Fondu illər öncə Azərbaycandan haqlı olaraq qovulub. Səhv etmirəmsə, bir neçə il öncə Davos Forumunda Corc Soros az qala yalvararaq prezident İlham Əliyevdən yenidən Azərbaycana qayıtmağı xahiş etmişdi. Onun məqsədi tam başqaydı. Məqsədinə çatmaması onu daha da qəddar etmişdi.

Bu gün Sorosun birbaşa maliyyələşdirdiyi media qurumları, beyin mərkəzləri, beynəlxal QHT-lər imkan düşdükcə, əslində durmadan Azərbaycana çamur atmaqla məşğuldurlar. Məqsəd dünya ictimaiyyətində Azərbaycan haqda mənfi obraz yaratmaqdır. O, təkcə bununla da kifayətlənmir. Nişana aldığı ölkələrdə – elə Azərbaycanda da –bəzi jurnalistləri, QHT-ləri, hüquqşunasları bu və ya digər tərzdə maliyyələşdirir, onları öz təsiri altına ala bilir.

Böyük media əlaqələri ilə yanaşı şəxsən Sorosa məxsus olan bir qəzet və sayt var. Bunlar “Huffungton Post” qəzeti, “Eurasianet”-dir. Bu adlara fikir verdinizmi? İndiyədək bu media qurumlarında Azərbaycanla bağlı hansısa xoş bir məqaləyə rast gəldinizmi? Xeyr, ancaq qərəz, böhtan, şantaj.

Sorosun Açıq Cəmiyyət İnstitutu anti-Azərbaycan mövqeli bir sıra bir sıra beynəlxalq QHT-lərin də əsas maliyyə mənbəyidir. Bu sıraya “Amnesty International”, “Human Rights Watch”, “Free Press” və digərləri daxildir. Bu qurumların daim anti-Azərbaycan mövqeli hesabatlarından isə danışmağa dəyməz. Avropa Birliyi üçün böyük əhəmiyyət kəsb edən Azərbaycana qarşı AŞPA-da illərdir aparılan kampaniyada Soros Fondunun aktiv iştirakı danılmazdır. Azərbaycanlda bağlı hədyanların, yalanların və iftiraların yayılmasında, Bakıya təzyiq cəhdlərində müstəsna rol oynayan Soros Foundation təşkilatı "Human Rights Watch", "Amnesty International", "Human Rights House Foundation", "Open Dialog", "European Stability Initiave" və "Helsinki Committees on Human Rights" qurumlarına sırf Azərbaycana qarşı fəaliyyət üçün 50 milyon dollar ayırıb.
Soros OCCRP adlanan qurumun (Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı layihəsi) da əsas maliyyə dəstəkçilərindəndir. Bu qurumun Azərbaycanla bağlı çirki «araşdırmaları»nın arxasında məhz Soros durur.  Azərbaycanda “mütəşəkiil cinayət və korrupsiyanı” araşdıran OCCRP nədənsə Ermənistana tərəf boylanmır. Ermənistanın korrupsiya girdabında boğan məmurlarından heç nə yazmır. Çünki məqsəd aydındır, Azərbaycanı ləkələmək, onu Avropa və dünyada gözdən salmaq. 

Heç kimə sirr deyil ki, Ermənistanın hakimiyyət dairələri və dünyanın bir sıra ölkələrindəki erməni diaspor təşkilatları illərdir maliyyə imkanlarını işə salaraq AŞPA-da bir sıra deputatları, habelə Avropa Birliyinin müxtəlif ölkələrində jurnalistləri, siyasətçiləri və ictimai xadimləri satın alaraq Azərbaycana qarşı kampaniya aparırlar. Bu kampaniyanın ideloqu da elə Corc Sorosdur.
AŞPA-da erməni deputatların həmkarlarınını anti-Azərbaycan mövqe sərgiləmək üçün ələ almaq cəhdi ilə bağlı AŞPA üzvü, ukraynalı deputat Vladimir Ariyevin başına gələnlər də buna sübütdur. Arıev iki il əvvəl 24 yanvar tarixində özünün FACEBOOK səhifəsində açıq-aydın yazmışdı: 

“Son illər Avropa Şurasının Parlament Assambleyası yalan və iftiralar məkanına çevrilir. Burada deputatları satın almaq istəyirlər. Ermənistandan olan deputatlar Samvel Farmanyan, Naira Karapetyan və Naira Zohrabyan mənə Azərabycana qarşı çıxışlar edərək sənədləri imzalamağın müqabilində pul təklif etdilər. Daha sonra mənə təklif olundu ki, Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal oluması faktını danım, pul alım. Mənə 3 butulka erməni konyakı təklif etdilər". 

Məncə əlavə izaha ehtiyac yoxdur.

AŞPA-nın son qətnaməsi sübüt etdi ki, erməni lobbisinin bir sıra təşkilatları və onların Soros kimi havadarları Azərbaycana qarşı Bakıya qarşı yeni ittihamların, ölkəmizin insan haqları, söz və dini azadlıqların pozulmasına yönəlmiş iddiaların sayının maksimuma çatdırılmasına çalışırlar və dinc dayanmaq fikirləri yoxdur. Amma bir məqamı unudurlar. Bu ləkə bu dövlətə yapışmayacaq. Azərbaycanla əmr dilində danışmaq mümkün deyil. Azərbaycan Ermənistan kimi kiminsə forpostu da deyil. 

AŞPA-nın qətnaməsi Qərbin anti-Azərbaycan və ermənipərəst qrupların qurduğu növbəti oyundur. Və bu oyun keçməyəcək. 18 illik üzvlüyü dövründə Ermənistanın işğalçı siyasətinin aradan qaldırılması istiqamətində də heç bir təsirli addım atmayan Avropa Şurasından bundan artıq heç nə gözləmək olmaz.

Səbuhi Məmmədli