“Nə haqla atamın məzarına dil uzadırsız?”

“Nə haqla atamın məzarına dil uzadırsız?”
Oxunma sayı: 2691

Müğənni Damla instaqram səhifəsində atasının ölümündən sonra toylara getməsini qınayanlara cavab verib. “Qafqazinfo” xəbər verir ki, o, 1 milyon izləyicisi olan rəsmi hesabında ev şənliklərinə məcbur getdiyini bildirib:

“İçinizdəki insanlığı kim öldürüb? Kənardan bir insanın həyatını müzakirə etmək, həqiqətləri bilmədən danışmaq, kiminsə könül yarasını qanatmaq bu qədərmi adi bir şeydir? Özünə, varlığına, ailəsinə hörmət etməyən “insancıq”lar, mənim ata itkimi ələ salıb məni nə haqla qınaya bilərsiz? 

Anamın icazəsi və hallallığı ilə işimə davam etmişəm. Bunu dərd edə bilmirsiz, məcburam! Aylar öncə yazılmış toylar, əmanət verilən behlər, öncədən təyin olunmuş konsert salonları, satılan biletlər, xaricə uçmaq üçün alınan təyyarə biletləri, komandamın aylıq maaşı, ailəmin yükü, oğlumun təhsili və daha yazmaq istədiyim bir çox şeylər… Bunların hesabatını kim ödəyəcəkdi? Mən təkəm, arxasızam. O şərh yazanların ağzı isti yerdədir. Ya ərləri qazanır, ya da kimlərinsə hesabına yaşayırlar. 

Siz nə haqla atamın məzarına dil uzadırsız? Kimsiniz? Yazırsız ki, atasının yasını saxlamır. Məndən çox canınız yanır? Yazırsız ki, kefdəsən, puldan gözün doymur, bütün günü toylardasan. Toy dediyiniz ailə məclisidir. Mən klublarda əlimdə içki görüntülənməmişəm, ağzınıza gələni yazırsız. Hər gün saçımı rənglədirəm, ya atamın ölümündən sonra soyunmağa başlamışam? Nə dəyişib ki?

İllərdir ki, ürək xəstəsi olan atamın  bütün çətinliyini tək çiynimdə daşımışam. Bir çox oğlun etmədiyini etmişəm. Sağlığında insane dəyər verirlər. Onu sağ ikən heç bir sıxıntıda yaşatmamışam.Hamı təki mənim kimi ailəsinin qədrini bilsin.İçimdəki ağrını nə bilirsiz? Utanın! Allahınız olsun, susun. Acı və itki mənimdir”.

Qeyd edək ki, Damlanın atası Qərib Məmmədov ötən ayın əvvəlində dünyasını dəyişib. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi