“Nə? Harada? Nə zaman?” üzrə Azərbaycan Superkuboku keçirilib

ne-harada-ne-zaman-uzre-azerbaycan-superkuboku-kecirilib
Oxunma sayı: 639

Federasiyadan “Qafqazinfo”ya verilən məlumata görə, Azərbaycan Superkuboku uğrunda turnirdə 2012-ci il mövsümünün ölkə çempionatı və kubokunun mükafatçıları “Diplomat”, “Vendetta”, “Oğuz”, “KiPL” və Faiq Hüseynovun komandası yarışıblar. Oyun günü bu komandalarla yanaşı ölkənin digər nüfuzlu kollektivləri sinxron təşkil olunan Bahar Kubokunda da iştirak ediblər.
Maraqlı və gərgin keçən mübarizədə son suala qədər hansı komandanın qalib gələcəyi bəlli deyildi. Son sual da qalibi aydınlıq gətirmədiyində turnirin reqlamentinə görə ən yaxşı reytinqə malik olan “Diplomat” komandası Azərbaycan Superkubokunu, “Vendetta” isə Bahar Kubokunu qazanıb. “Avanqard” komandası isə qaliblərlə eyni xalı topladığına baxmayaraq mükafatçılar sırasına düşə bilməyib.
“Nə? Harada? Nə zaman?” oyunu üzrə Azərbaycan Superkuboku ilk dəfə təşkil olunub. Turnirin keçirilməsi ideyası ilə çıxış edən teleaparıcı Tural Dadaşov kubokun suallar paketinin müəllifi və oyunun aparıcısı olub. Yarış barədə fikirlərini bölüşən Tural Dadaşov “Nə? Harada? Nə zaman?” oyunu üzrə Azərbaycan Superkubokunun hər il mütəmadi olaraq təşkil olunacağını qeyd edib.

Nigar