“Nə? Harada? Nə Zaman?”da intellektual gənc axtarılır- - ELAN

ne-harada-ne-zamanda-intellektual-genc-axtarilir-
Oxunma sayı: 2570


Layihənin baş koordinatoru Ayan Bəşirzadənin “Qafqazinfo”ya verdiyi məlumata görə, yarışma  iyulun 13-də keçiriləcək:  “İştirak üçün ərizələrin qəbuluna artıq başlanıb və iyulun 8-nə kimi davam edəcək. Turnirdə iştirak üçün yaş həddi 29-dur. 1983-cü ildə anadan olmuş  30 yaşı iyulun 13-dən tez olmayaraq tamam olan şəxslər də müraciət edə bilərlər”.  

Qeyd edək ki, ərizədə komandanın adı, iştirakçıların adı, soyadı, təvəllüdü və əlaqə telefonları qeyd olunmalıdır. İştirak ərizəsi ilə birgə şəxsiyyət vəsiqəsinin surəti tələb olunur. Bütün ərizələr [email protected]  ünvanına göndərilməlidir.

Xatırladaq ki, “Bakının Birİncisi” yarışması  2010” adlı “Nə? Harada? Nə Zəman?” gənclərarası yarışması 13 Fevral  2010-cu ildə, “Bakının Birİncisi 2011” 16 Aprel 2011 ildə,  “Bakının Birİncisi 2012” isə 12 may 2012 - ci ildə keçirilib.