Nə qədər itki vermişik? - - Hesabat

ne-qeder-itki-vermisik-
Oxunma sayı: 849


Bu barədə “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi məlumat yayıb. Ötən il 73 nəfər yaralanıb və ya xəsarət alıb.

Mərkəzin rəhbəri Cəsur Sümərinli bildirir ki, həmin dövrdəki itkilərin 9-u döyüş, 55-i isə qeyri-döyüş itkiləridir. Bundan başqa C.Naxçıvanski adına hərbi liseyin kursantı da naməlum səbəbdən vəfat edib.

9 nəfər bədbəxt hadisədən, 12 nəfər avtoqəzadan, 3 nəfər vertolyot qəzasından, 2 nəfər naməlum səbəbdən, 1 nəfər ehtiyatsızlıqdan, 1 nəfər mülki şəxs tərəfindən, 6 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 7 nəfər xəstəlikdən vəfat edib. 14 nəfər intihar edib. Ölənlərdən 51-i Müdafiə Nazirliyinin, 3-ü  Dövlət Sərhəd Xidmətinin, 7-i Daxili Qoşunların, 1-i XDMI-nin, 2-i Fövqəladə Hallar Nazirliyinin (1 nəfər Naxçıvan FHN) hərbi qulluqçularıdır.

Yaralılara və xəsarət alanlara gəlincə (73 nəfər) C.Sümərinli bildirir ki, onların 13-ü qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan), 5-i intihara cəhddən, 3-ü mülki şəxslərlə davadan, 7-si erməni gülləsindən, 1 nəfər mina partlayışından, 4-ü bədbəxt hadisədən (liftin şaxtasına yıxılma, yanğın, partlayış və s.), 40-ı isə avtoqəza nəticəsində yaralanıb və ya xəsarət alıb.