“Nə söyüş vermişəmsə, mənə qəbul olunsun” - Video

ne-soyus-vermisemse-mene-qebul-olunsun
Oxunma sayı: 4962

Yol polisini təhqir edən sürücü Fəxrəddin Nəsirov sosial şəbəkələr vasitəsilə bütün polislərdən üzr istəyib.

“Qafqazinfo”nun məlumatına görə, sürücü deyib ki, taksi faəliyyəti ilə məşğul olmaq üçün lisenziyası olmayıb:

“Polis əməkdaşı mənə protokol yazdı. Şəkər xəstəsiyəm deyə polisin bu hərəkətinə əsəbiləşib təhqir etdim. Həmin polis əməkdaşını tapıb üzr istəyəcəyəm. Bütün polis əməkdaşlarından da üzr istəyirəm. Nə demişəmsə də mənə qəbul olunsun”.

Qeyd edək ki, Fəxrəddin Nəsirov artıq bu məsələ ilə əlaqədar olaraq polis bölməsinə dəvət olunub. Onun cərimə olunaraq sərbəst buraxılacağı gözlənilir.