Sezona səs-küylə başlayan və obrazları müzakirə olunan “Yuvamdakı düşmən” serialı reytinq qurbanı olub. “Qafqazinfo” xəbər verir ki, Show TV-də yayımlanan ekran işi vaxtından əvvəl final edəcək.
Nebahat Çehre, Ece Çeşmioğlu, Pamir Pekin, Aslı Tandoğan kimi məşhurların rol aldığı layihə 6-cı bölümdə tamaşaçılarla vidalaşacaq.
Serialın son bölümü martın 1-də yayımlanacaq.