Necati Şaşmaz əməliyyat olundu

necati-sasmaz-emeliyyat-olundu
Oxunma sayı: 634

“Qafqazinfo”nun məlumatına görə, “Kurtlar Vadisi Pusu”nun çəkilişi zamanı özünü pis hiss edən Necati Şaşmaz dostlarının israrı ilə xəstəxanaya gedib. Müayinədən sonra məlum olub ki, Necati Şaşmazın damarlarında problem var və dərhal əməliyyat olunmalıdır.

Üç gün əvvəl isə Necati Şaşmaz “Maslak Acıbadem Hastanesi”ndə əməliyyat olunub. Hazırda isə aktyor özünü yaxşı hiss edir.

Qeyd edək ki, 12.12.12 tarixində sürpriz şəkildə evlənən məşhur aktyoru gənc xanımı xəstəxanada bir an belə tək buraxmayıb.