Necati Şaşmazı vəzifəsindən azad etdilər

necati-sasmazi-vezifesinden-azad-etdiler
Oxunma sayı: 6368


Şimali Kipr Türk Cümhuriyyətinin yeni baş naziri Sibel Siberin rəhbərliyi ilə keçirilən hökumət toplantısında Necati Şaşmaz ona verilmiş "Şimali Kiprin mədəniyyət və turizm attaşesi" vəzifəsindən məhrum olunub. 

 Milli.Az AHT-yə istinadən bildirir ki, baş nazir Sibel Siber deyib. "Şimali Kiprin mədəniyyət və turizm attaşesi təmsil etdiyi ölkənin mədəniyyətini, tarixi əla bilməlidir. O, getdiyi xarici ölkələrdə Şimali Kiprin simvolu kimi qəbul olunmalıdır. Necati Şaşmaz populyar serialın baş qəhrəmanı, məşhur aktyor olsa da, Şimali Kipri təmsil edə bilməz. Populyarlıq ona mədəniyyət və turizm attaşesi titulunun sahibi olmağa haqq qazandırmır", - baş nazir söyləyib. 

 Necati Şaşmaza Şimali Kiprin mədəniyyət və turizm attaşesi vəzifəsi ötən ilin martında verilmişdi.