“Necə ola bilər ki, 200 ev hələ də qazlaşdırılmasın?”

nece-ola-biler-ki-200-ev-hele-de-qazlasdirilmasin
Oxunma sayı: 975

“Necə ola  bilər ki, Şəki şəhərinin bir hissəsində yerləşən 200 ev hələ də qazlaşdırılmasın? Xəstə uşaqlar, yaşlı adamlar var. Hörmətli Artur müəllim, sizə qədər çox quruma müraciət edilib. Ancaq onlar ötür-ötür oyunu oynayırlar”.

“Qafqazinfo” xəbər verir ki, bu müraciətlə deputat Yaqub Mahmudov parlamentdə çıxış edib. O qeyd edib ki, həmin şəxslərin əllərində evlərinə aid olan  bütün rəsmi sənədlər var: “Torpaqları olanlar da ev tikdirə bilmirlər. Çünki həmin ərazidə qaz yoxdur. İndi həssas bir dönəmdir. Prezident seçkiləri ərəfəsindəyik. Ona görə də əhalinin bu istəyini nəzərə almaq lazımdır”.

Deputat eyni zamanda 100 min əhalisi olan Şəkidə  təyyarə meydanının açılmasını da təklif edib.

Günel Türksoy