Nəcməddin Sadıkov NATO-nun iclasında - Fotolar

Nəcməddin Sadıkov NATO-nun iclasında
Oxunma sayı: 1485

Yanvarın 16-da Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Belçika Krallığının Brüssel şəhərində yerləşən NATO-nun Mənzil Qərargahında NATO-nun Hərbi Komitəsinin “Qətiyyətli Dəstək” və “Stabilliyin Layihələşdirilməsi” formatlarında Baş Qərargah Rəisləri səviyyəsində keçirilən görüşlərdə iştirak edib.

Müdafiə Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, “Qətiyyətli Dəstək” formatında keçirilmiş görüşdə Baş Qərargah Rəisləri Əfqanıstandakı təhlükəsizlik şəraiti, NATO-nun Qətiyyətli Dəstək Missiyasının gedişatı və əməliyyat şəraitindəki dəyişikliklər, o cümlədən Cənub Şərqi Asiya regionundakı vəziyyətə dair müzakirələr aparıblar.

“Stabilliyin Layihələşdirilməsi” formatında keçirilmiş görüşdə isə, Avropanın cənub qonşuluğunda təhlükəsizlik və stabilliyə hərbi töhfə məsələləri, eləcə də bu töhfələr üzrə NATO, Avropa İttifaqı, regional təhlükəsizlik təminatçıları və milli səylər arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

 





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi