Neft 100 dollara kimi bahalaşa bilər - “Bloomberg”

neft-100-dollara-kimi-bahalasa-biler
Oxunma sayı: 1563

Neft istehsal edən böyük şirkətlər qara qızılın barrelinin 2014-cü ildən sonra ilk dəfə olaraq 100 dollara çatacağını proqnozlaşdırırlar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. 

Qeyd edilir ki, neftin qiymətinin qalxması ABŞ-ın sanksiyaları səbəbindən İrandan neft tədarükünün dayandırılması ilə əlaqəli olacaq. Ekspertlərin fikrincə, Amerika tərəfinin tətbiq etdiyi məhdudiyyətlərə görə, bazara bu ilin 4-cü rübündə gündəlik 2 milyon barrel daha az neft daxil olacaq. Bu da 2019-cu ilin əvvəlində qiymətlərin artımına səbəb ola bilər.