Neft 3 faizdən çox bahalaşdı

Neft 3 faizdən çox bahalaşdı
Oxunma sayı: 637

OPEC-in yanvarda neft hasilatının kəskin azalması ilə bağlı bəyanatı fonunda bu gündən neftin qiymətində artım müşahidə olunmağa başlanıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, “Brent” 2,88% bahalaşaraq bir barrelə görə 63,28 dollar olub. WTI markalı neftin mart fyuçerslərinin qiyməti isə 3,09% artaraq 54,04 dollara yüksəlib. 

Xatırladaq ki, ötən il dekabrın 7-də neft ixrac edən ölkələr bu il hasilatı sutka ərzində 1,2 milyon barrel azaltmaq barədə razılığa gəliblər.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi