Neft bahalaşır

neft-bahalasir
Oxunma sayı: 3725

Dünya birjalarında neftin qiyməti bahalaşır.

“Qafqazinfo” xəbər verir ki, “Brent” markalı neftin bir barrelinin qiyməti 0,49 dollar artaraq 73,07 dollar təşkil edib. 

“Light” markalı neft isə 1 dollar bahalaşaraq 70,46 dollarda qərarlaşıb.

Qeyd edək ki, Azərbaycanın yüngül neftinin qiymətində də bir neçə gündür ki, dəyişiklik var. İyulun 19-da 74,64 dollar/barrel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 1,5 dollar dollar/barrel çoxdur.