Neft Daşlarında neftçi neftçini öldürdü

neft-daslarinda-neftci-neftcini-oldurdu
Oxunma sayı: 5596

Dekabrın 12-də saat 11-50 radələrində Neft Daşlarında SOCAR-ın “Neftqaztikinti” Trestinin 5 saylı Tikinti Quraşdırma bölməsinin fəhlələri Əsgərov Anar Təbriz oğlu və Xalıqov Azər Ədalət oğlu arasında məlum olmayan səbəblərdən şəxsi zəmində qarşıdurma baş verib.

"Qafqazinfo" SOCAR-a istinadən xəbər verir ki, nəticədə Anar Əsgərov Azər Xalıqova bıçaqla xəsarət yetirib. A.Xalıqov aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Hadisə ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verilib, araşdırma aparılır. 

SOCAR rəhbərliyi və kollektivi baş vermiş hadisədən kədərləndiklərini bilidirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirlər.