Neft Fondu bu il “Azəri-Çıraq-Günəşli”dən 3,6 milyard dollar qazanıb

neft-fondu-bu-il-azeri-ciraq-gunesliden-36-milyard-dollar-qazanib
Oxunma sayı: 652

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2001-ci ilin əvvəlindən bu il avqustun 1-dək Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yatağından 125 milyard 718 milyon ABŞ dolları gəlir əldə edib.

"Qafqazinfo" ARDNF-nin saytına istinadən xəbər verir ki, bu ilin yanvar-avqust aylarında isə “Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində Dövlət Neft Fonduna 3 milyard 609 milyon dollar vəsait daxil olub.