Neft Kərkük olaylarına görə bahalaşdı

neft-kerkuk-olaylarina-gore-bahalasdi
Oxunma sayı: 1396

Dünya birjalarında neftin qiyməti İraqdakı situasiyanın fonunda yüksəlib. “Qafqazinfo” xəbər verir ki, İCE London birjasında Brent markalı neft 0,481 faiz bahalaşaraq barelli 58,17 dollar olub. 

WTI markalı neftin noyabr fyuçersi isə 0,288 faiz bahalaşaraq barelli 52,03 dollardan satılıb. 

Qeyd edək ki, bölgədə gedən hərbi əməliyyatlarla əlaqədar neftin hasilatı dayandırılmışdı. Rəsmi Bağdadla kürd muxtariyyatı arasında münaqişə kürdlərin İraq hökuməti ilə razılaşdırmadan bölgədə müstəqillik referendumu keçirməsi olub. 

İraq ordusunun Kərkükə daxil olması və Bərzani qüvvələrini darmadağın etməsindən sonra neft yataqları yenidən hökumətin sərəncamına keçib. 

İraqın neft naziri Cabbar əl –Luaybi bəyan edib ki, bundan sonra Kərkükdə neft hasilatı gündəlik milyon barellə çatdırılacaq. Hansı ki, bu rəqəm əvvəllər gündəlik 275-300 barell olub.