Neft kəskin ucuzlaşdı - OPEK-in qərarından sonra

neft-keskin-ucuzlasdi
Oxunma sayı: 809

Dünya birjalarında neft ucuzlaşıb.
 
“Qafqazinfo” xəbər verir ki, İCE London birjasında “Brent” markalı neft 3,04 faiz ucuzlaşaraq barelli 52,32 dollar olub. 

WTI markalı neftin iyun fyuçersi isə 3,21 faiz azalaraq barelli 49,71 dollardan satılıb.

Qeyd olunur ki, neftin ucuzlaşması Vyanada OPEK təşkilatına üzv ölkələrin neft hasilatının həcminin azaldılması ilə bağlı imzalanmış müqavilənin müdddətini daha 9ay, 2018-ci il martın 31-nə qədər uzatmaqları ilə əlaqədardır.