Neft mədənindəki yanğında ölənlərin sayı 21-ə çatdı - Video

neft-medenindeki-yanginda-olenlerin-sayi-21-e-catdi
Oxunma sayı: 1532

İndoneziyanın Sumatra adasındakı Açe bölgəsində neft mədənlərindən birində baş verən yanğını 2 gündür söndürmək mümkün olmur.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 21-ə çatıb. Daha 43-ə nəfər isə yaralanıb.

Yanğın səbəbindən yaxınlıqdakı yaşayış evləri təhlükə altına düşüb və insanlar müvəqqəti olaraq evlərini tərk ediblər.

Yanğınsöndürmə prosesinə yanğınsöndürənlər, ordu, polis və könüllülər cəlb olunub.

Qeyd edək ki, Sumatra adasının Açe vilayəti neft və qaz ehtiyatları ilə zəngin ərazidir. Yerli əhali burada tez-tez çoxsaylı qanunsuz neft quyuları yaradır.