Neft Məktəbində “Bakı Qış Neft Məktəbi” layihəsinə start verilib

neft-mektebinde-baki-qis-neft-mektebi-layihesine-start-verilib
Oxunma sayı: 672


Bakı Ali Neft Məktəbində Alman Akademik Mübadilə Xidmətinin “Şərqə Doğru” Proqramı çərçivəsində “Bakı qış məktəbi “ layihəsi Mart 03-14, 2014 tarixlərində həyata keçirləcək.


Layihəyə əsasən tələbələr Azərbaycanın Enerji Siyasəti, Qlobal Neft Səyanesi, Neft və qaz quyularının qazılmasında tətbiq olunan yeniliklər, Bərpaolunan enerji mənbələri mövzularında kurslar keçəcəklər. Layihə çərçivəsində tələbələr yalnız akademik biliklərə yiyələnməyəcək, həmçinin Azərbaycanı daha yaxından tanımaq məqsədi ilə əsrarəngiz təbiəti olan Şəkiyə səyahət edəcək, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi ilə tanış olacaq, “Mart soyqırım qurbanlarını” yad etmək üçün Quba Soyqırımı Memorial Kompleksini ziyarət edəcək və proqram çərçivəsində Azərbaycanın neft tarixinə daha yaxından bələd olmaq üçün Səngaçal Neft Terminalı, palçıq vulkanları, tarixi neft quyularıyla, neft muzeyi və s. bu kimi əhəmiyyətli yerlərə tanış olacaqlar.

Proqramın sonunda iştirakçılar Bakı Ali Neft Məktəbinin sertifikatları ilə mükafatlandırılacaqlar.