“Neft qiymətinin artmasını istəmirəm” - Tramp

neft-qiymetinin-artmasini-istemirem
Oxunma sayı: 2385

ABŞ prezidenti Donald Tramp İrana tətbiq edilən yeni sanksiyalara haqqında danışıb.

“Qafqazinfo” “Habertürk”ə istinadən xəbər verir ki, o, bütün dünyada neft qiymətinin artmaması üçün sanksiya məsələsində daha təmkinli addımlar atmaq istədiyini bildirib:

“İranın neft ixracını sıfıra endirə bilərəm. Lakin o zaman birjalarda böyük şok effekti yarada bilər. Ona görə də neft qiymətinin yüksəlməsini istəmirəm”.

Qeyd edək ki, ABŞ-ın İrana 7 avqustda tətbiq etdiyi genişmiqyaslı sanksiyaların 2-ci mərhələsi 5 noyabrda qüvvyə minib. Yeni sanksiya siyahısına 50 İran bankı və 700-dən çox şirkət və şəxs daxil edilib.

İranla əməkdaşlıq edilən ölkələrə və şirkətlərə də sanksiya tətbiq ediləcəyi, Türkiyə, Çin, Hindistan, İtaliya, Yunanıstan, Yaponiya, Cənubi Koreya və Tayvanın bu siyahıdan kənar tutulacağı açıqlanıb.