Neft sektoruna yatırılan investisiyalar xeyli artıb

neft-sektoruna-yatirilan-investisiyalar-xeyli-artib
Oxunma sayı: 655


“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat yayıblar.

2013-cü ildə Azərbaycanın neft sektoruna 4,82 milyard manatdan çox investisiya yatırılıb ki, bu da 2012-ci ilin göstəricisindən 24,2 faiz çoxdur.

Məlumata görə, yanvar-iyul aylarında Azərbaycanın sənaye sahəsinə yatırılmış kapital qoyuluşları 4,17 milyard manat təşkil edib ki, bu da 2013-cü ilin müvafiq dövrünün göstəricisindən 5,4 faiz çoxdur.

Bu vəsaitdən emal sənayesi sahəsinə 3,44 milyard manat həcmində investisiya qoyulub ki, bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə 29,5 faiz çoxdur.

2013-cü ildə Azərbaycanın sənaye sektoruna kapital qoyuluşlarının ümumi həcmi 7,08 milyard manat olub ki, bu da 2012-ci ilin eyni dövrü ilə müqayisədə 16,4 faiz çoxdur. Bu vəsaitdən emal sahəsinə yatırılmış investisiyaların həcmi təqribən 4,7 milyard manat təşkil edib ki, bu da 2012-ci ilin müvafiq dövrünün göstəricisindən 20,6 faiz çoxdur.

Hesabat dövründə elektrik enerjisi, istilik və qaz istehsalı, paylanılması və təchizatına yatırılmış investisiyaların həcmi 140,9 milyon manat təşkil edib. Bu, 2013-cü ilin müvafiq dövrünün göstəricisindən 16,2 faiz azdır.

2013-cü ildə elektrik enerjisi, istilik və qaz istehsalı, paylanılması və təchizatına yatırılmış investisiyaların həcmi 390,5 milyon manat təşkil edib. Bu, 2012-ci ilin müvafiq dövrünün göstəricisindən 31,5 faiz azdır.