Neft yatağında əsaslı təmir gedir

neft-yataginda-esasli-temir-gedir
Oxunma sayı: 682


“Qafqazinfo” xəbər verir ki, 1986-cı ildən istismarda olan özülün uzunömürlülüyünü təmin etmək məqsədi ilə aparılan təmir işləri istismar prosesi məhdudlaşdırılmadan, özüldəki mövcud texnoloji avadanlıqlardan istifadə olunmaqla həyata keçirilir. İndiyədək dənizdən 4-9 metr hündürlükdə 67 ədəd müxtəlif diametrli suüstü rabitə konstruksiyaları yenilənib, 1149 kvadratmetr döşəmə, eləcə də 140 ədəd döşəməaltı tir təmir edilib. Tədbirlər planına daha 1411 ədəd suüstü rabitə konstruksiyasının, 5513 kvadratmetr döşəmənin və 250 ədəd döşəməaltı tirin təmir olunması daxildir.

“Azneft” İstehsalat Birliyinin 28 May adına neft və qazçıxarma idarəsinin sifarişi ilə “Neftqaztikinti” trestinin 2 nömrəli tikinti-quraşdırma idarəsi tərəfindən həyata keçirilən təmir işlərinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.