Neftçalada ana ilə azyaşlı oğlu qidadan zəhərləndi

neftcalada-ana-ile-azyasli-oglu-qidadan-zeherlendi
Oxunma sayı: 1315

Neftçala rayonunun Bankə qəsəbəsində boyat qidadan zəhərlənmə hadisəsi baş verib.

“Qafqazinfo”nun Virtualaz.org-a istinadən məlumatına görə, qəsəbə sakini - 39 yaşlı Nuranə Siyasət qızı Məmmədova və onun 11 yaşlı oğlu Davud Müşfiq oğlu Məmmədov boyat kotlet yedikləri üçün zəhərləndiklərindən Neftçala Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Hazırda hər iki xəstənin vəziyyətinin ağır olduğu deyilir.