Neftçalada çoxmənzilli binaların təmirinə 3 milyon manat ayrıldı

neftcalada-coxmenzilli-binalarin-temirine-3-milyon-manat-ayrildi
Oxunma sayı: 856

Prezident İlham Əliyev Neftçala şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
 
“Qafqazinfo”nun məlumatına görə, abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədi ilə Neftçala şəhərində 35 çoxmənzilli binanın fasad hissəsinin və kommunikasiya xətlərinin əsaslı təmiri üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Neftçala Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.
 
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.