Neftçalada ev yandı

neftcalada-ev-yandi
Oxunma sayı: 1010

Neftçala rayonunda yanğın hadisəsi baş verib.

“Qafqazinfo”nun FHN-in saytına istinadən verdiyi məlumata görə, Neftçala rayonu, Astanlı kəndində ümumi sahəsi 110 m2 olan birmərtəbəli, 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və dam örtüyü yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.