Neftçalada kanaldan 23 yaşlı oğlanın meyiti çıxarıldı

neftcalada-kanaldan-23-yasli-oglanin-meyiti-cixarildi
Oxunma sayı: 1067

Neftçalada kanalda batan 23 yaşlı oğlanın meyiti tapılıb.
 
“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Neftçala rayonunun Aşağı Surra kəndində kanalda batan, 1995-ci il təvəllüdlü Dadaşov Cavanşir Cümşüd oğlunun axtarışları başa çatıb.

C.Dadaşovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.