Neftçalada “Niva” traktorla toqquşdu - Sürücü öldü

neftcalada-niva-traktorla-toqqusdu
Oxunma sayı: 1674

Neftçala rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, 1984-cü il təvəllüdlü yerli sakin Qurbanov Vasif Vaqif oğlu rayonun Xıllı qəsəbəsində idarə etdiyi “Niva” markalı avtomobillə hərəkətdə olarkən qarşıda gedən qoşqulu traktora çırpılıb.

Qəza nəticəsində sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Salyan rayonunda ağır yol-nqəliyyat hadisəsi baş verib.