“Neftçi” 2 futbolçu ilə müqavilə bağladı

neftci-2-futbolcu-ile-muqavile-bagladi
Oxunma sayı: 1011

"Neftçi” iki futbolçusu ilə müqavilənin müddətini artırıb.

Klubdan "Qafqazinfo"ya  verilən məlumata görə, çilili İqnasio Errera və fransalı Uqo Barqas mövsümün sonunadək “ağ-qaralar”ın uğurları üçün çalışacaq.
 
Hər iki futbolçu ilə anlaşma bu gün imzalanıb. Həm Errera, həm də Barqasla bundan əvvəl bağlanmış müqavilənin müddəti bu ilin dekabrda sona çatırdı.