“Neftçi” 3 xal qazandı

neftci-3-xal-qazandi
Oxunma sayı: 646

“Qafqazinfo” xəbər verir ki, turun son oyunu olan “Neftçi” – “Turan” qarşılaşması flaqmanın 2:1 üstünlüyü ilə başa çatıb.

Hesabı 11-ci dəqiqədə kapitan Rəşad Sadiqov penalti zərbəsi ilə açıb. 37-ci dəqiqədə Erik Ramos “Turan”ın qapısından daha bir qol keçirməyi bacarıb. Turanın qolunu isə Qoqa Pipiya 93-cü dəqiqədə vurub.

Xatırladaq ki, oyun İsmət Qayıbov adına Bakıxanov stadionunda keçirilib. Matçı Anar Salmanov idarə edib.

Sevinc