“Neftçi” 85-ci

neftci-85-ci-
Oxunma sayı: 647

“Qafqazinfo” Apasport.az saytına istinadən xəbər verir ki, Serbiya təmsilçisi ilə Bakıdakı 1:1 hesablı bərabərlik ”ağ-qaralar”a 0,050 xal gətirib.

Son 5 ilin reytinqində hələ də “Qarabağ”dan xeyli geridə olan “Neftçi” 2012/13 mövsümündə qazandığı 2,550 xalla ölkəmizin ən yaxşısıdır. Cari mövsüm qitə arenasına çıxan 237 klub arasında 85-ci yerə şərik olan Böyükağa Hacıyevin yetirmələri yaxşı tanıdığı Serbiya “Partizan”ı, İsrail “Hapoel”i (Kiryat-Şmona) və digər “Hapoel” – Təl-əviv təmsilçisi ilə eyni nəticəyə malikdir.

85. “Neftçi” – 2,5500
168. “Xəzər Lənkəran” – 1,0500
168. “İnter” – 1,0500
177. “Bakı” – 0,8000

Qeyd edək ki, siyahıya Portuqaliya “Portu”su başçılıq edir – 19,5832. İspaniya klubları “Malaqa” və “Barselona” eyni - 19,4856 xalla ilk “üçlük”də qərarlaşıb.