“Neftçi aqressiv oyunçulara malikdir”

neftci-aqressiv-oyunculara-malikdir
Oxunma sayı: 640

“Qafqazinfo” Azerisport.az-a istinadən xəbər verir ki, o, öncə bunları dilə gətirib: “Hajduk” üzərində qazandığımız qələbə (5:2) oyunçulara yaxşı təsir etdi. Uşaqlar yaxşı ritm toplayıblar. Çünki komanda yaxşı çalışır. İndi bizi Avroliqanın oyunu gözləyir. Müsbət nəticə qazanmaq lazımdı. Avropa Liqası gözəl və maraqlı turnirdi. Şadam ki, bu turnirdə ən azı altı oyun keçirəcəyik. Qrupdan çıxa biləcəyikmi? Gəlin buna addım-addım yaxınlaşaq”.

Vermezoviç daha sonra rəqib barədə də danışıb: “Mən “Neftçi”nin APOEL-ə qarşı oyununu izləmişəm. Amma mən bu komandanın Belqradda fərqli futbol sərgiləyəcəyinə şübhə etmirəm. “Neftçi” çox təhlükəli komandadı. Fikrimcə, onlar “Xəzər Lənkəran”la oyunda bizdən nələrisə gizlədiblər. Belə təəssürat yaranır ki, bu komanda müxtəlif sxemlərlə oynaya bilir. Çox aqressiv oyunçulara malikdi. Onlar elə də asan təslim olmurlar”.

Vermezoviç həmçinin bildirib ki, komandasının heyətlə bağlı problemi yoxdu. Saşa İliçin iştirakı sual altına düşsə də, son məşqdə kapitan da sırada olub.
Qeyd edək ki, “Partizan”la “Neftçi” arasındakı oyun sentyabrın 20-də Bakı vaxtı ilə 00:05-də keçiriləcək.