“Neftçi” çempion ola bilmədi

neftci-cempion-ola-bilmedi
Oxunma sayı: 643

“Qafqazinfo” xəbər verir ki, “Qarabağ” “İnter”(0-0) qarşısında xal itirdiyindən “Neftçi” üçün əla şans yaranmışdı. Lakin “Neftçi” də “Simurq”la 1-1 hesablı heç-heçə edib və dünən öz çempionluğunu elan edə bilməyib. “Simurq”dan Rəşad Eyyubovun vurduğu qola, “Neftçi”dən Julius Vobay qolla cavab verib. Bu bərabərlikdən sonra “Neftçi” ilə “Qarabağ” arasındakı 6 xallıq fərq olduğu kimi qalıb.

“Bakı” ilə “Qəbələ”arasında keçən oyun da maraqlı alınıb. “Bakı” rəqibinə 1-0 hesabı ilə uduzub. “Qəbələ”nin də yeganə qolu Lorival Assis vurub. Bu qələbə ilə “Qəbələ” 37 xal toplamış olub ki, bu da “Bakı” ilə arasında 1 xallıq fərq deməkdir. Çünki paytaxt təmsilçisinin hazırda 38 xalı var və 5-ci yerdədir.

İqbal