“Neftçi” çempion oldu, “Bakı” sevindi

neftci-cempion-oldu-baki-sevindi
Oxunma sayı: 643

“Qafqazinfo”nun verdiyi xəbərə görə, “Neftçi” və “Bakı” klubları qarşıdakı oyunların nəticələrindən asılı olmayaraq qitə kuboklarında çıxış edəcək.

Tarixində 7-ci dəfə Azərbaycan çempionu olan “Neftçi” Unibank Premyer Liqasının sonuna 2 tur qalmış qızıl medalları təmin edib. Bu isə komandanın Çempionlar Liqasına vəsiqə qazanması üçün kifayət edib. Bakılılar yarışın II təsnifat mərhələsindən mübarizəyə başlayacaq.

“Neftçi”nin çempion olması “Bakı”nın da işinə yarayıb. “Ağ-qaralar” çempion olduğundan Azərbaycan kubokunun finalındakı rəqibi “Bakı” Avropa Liqasına vəsiqə qazanıb. Onlar hətta finalda məğlub olsa belə çempiona uduzduğu üçün avrokuboklarda iştirak edəcək.