Azərbaycan kubokunda yarımfinal mərhələsində ilk oyunlara yekun vurulub.
“Qafqazinfo” xəbər verir ki, “Qəbələ” öz meydanında “Neftçi” ilə qarşılaşıb.
Paytaxt təmsilçisi çətin səfər matçında 2-1 hesablı qələbə qazanıb və cavab matçı üçün böyük üstünlük əldə edib.
Qeyd edək ki, mərhələnin digər matçında “Keşlə” öz meydanında “Sumqayıt” 1-0 hesabı ilə məğlub edib.
Cavab oyunları aprelin 18-də olacaq.
“Qəbələ” – “Neftçi” 1:2
Qol: Stiven Monroz, 90+1 - Lukas Qomes, 29, Namiq Ələsgərov, 44