“Neftçi” Elxan Abdullayevi cərimələyəcək

neftci-elxan-abdullayevi-cerimeleyecek
Oxunma sayı: 650

Xəbər verdiyimiz kimi, AFFA-nın İntizam Komitəsinin bu gün keçirilmiş iclasında Topaz Premyer Liqasının 27-ci turunun "Zirə” – "Neftçi” oyununda (2:2) qonaq komandaya texniki məğlubiyyət (0:3) verilməsi haqqında qərar qəbul edilib.

“Qafqazinfo” xəbər verir ki, oyunun 68-ci dəqiqəsində Ruslan Abışovun əvəzinə meydana Huqo Barqasın daxil olması ilə legioner limitinin pozulması buna səbəb olub. "Neftçi" klubu bununla bağlı açıqlama yayıb. Açıqlamada qeyd olunur:

 "Neftçi” PFK olaraq AFFA-nın İntizam Komitəsinin qərarına hörmətlə yanaşırıq və buna etirazımız yoxdu. Təəssüf ki, legioner limiti olan çempionatlarda bəzən bu cür səhvlər olur. Bu səhvə görə əsas komandanın məşqçilər heyəti cərimələnəcək".