“Neftçi” finalda

neftci-finalda
Oxunma sayı: 647

"Qafqazinfo" xəbər verir ki, "Neftçi" "Qarabağ" qarşısında 2-2-lik bərabrəlik əldə edib və finala adını yazdırıb. Beləliklə, Azərbaycan kubokunun finalında "Xəzər Lənkəıran"la "Neftçi" qarşılaşacaq. Əslində bu görüş "Qarabağ" üçün heç də pis başlamayıb. 41-ci dəqiqədə Riçard Almeyda 11 metrlik cəzrimə zərbəsini dəqiq yerinə yetirib. Qoldan 1 dəqiqə sonra "Neftçi" Elvin Yunuszadə ilə hesaba tarazlıq gətirib. 77-ci dəqiqədə Nikolas Kanales "Qarabağ"ın ümidlərini demək olar ki, puç edib. Doğrudur, Emeka Opara 86-cı dəqiqədə hesabı 2-2 edib lakin bu hesab "Neftçi"yə finala çıxmaq üçün kifayət edib.

Xatırladaq ki, yarımfinal mərhələsinin ilk oyunu 2-1 hasabı ilə "Neftçi"nin qələbəsi ilə başa çatıb.

İqbal