“Neftçi” ilə “İnter” ilk qələbə üçün

neftci-ile-inter-ilk-qelebe-ucun
Oxunma sayı: 659

“Qafqazinfo”nun verdiyi məlumata görə, 2 qarşılaşma turun əsas diqqət cəlb edən oyunları olacaq.
Bunlardan biri sabah keçiriləcək “Neftçi” – “Qəbələ” matçıdır. Avroliqada pley-off oynayacaq “Neftçi” premyer-liqada keçirdiyi ilk oyunda xalsız qaldığından bu oyunda itkiyə yol verməməlidir.
Digər mərkəzi qarşılaşma isə “İnter” – “Xəzər Lənkəran” oyunudur. Bu mövsüm qələbəyə həsrət qalan “bankirlər” bunu güclü rəqiblə qarşılaşmada etməyə çalışacaq.

18 avqust

18:00. “Kəpəz” – AZAL
Hakimlər: Vüsal Əliyev, Ramiz Əsədov, Zeynal Zeynalov, Tahir Əhmədov
Gəncə. Şəhər stadionu

18:00. “Neftçi” – “Qəbələ”
Hakimlər: Anar Salmanov, Yaşar Abbasov, Mübariz Haşımov, Rauf Cabbarov
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

19:00. “Simurq” – “Turan”
Hakimlər: Orxan Məmmədov, İlham Əliyev, Rza Məmmədov, Fuad Həsənov
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu

20:00. “Rəvan” – “Bakı”
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, İsgəndər Əliyev, Teymur Fərhadov
Bakı. “Dalğa Arena” stadionu

19 avqust

18:00. “Sumqayıt” – “Qarabağ”
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, İnqilab Məmmədov
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu

20:30. “İnter” – “Xəzər Lənkəran”
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Elvin Əsgərov
Bakı. “AZAL Arena” stadionu

Ceyhun Əhmədov