“Neftçi ilə oyunda qələbə qazanmağa borcluyuq”

neftci-ile-oyunda-qelebe-qazanmaga-borcluyuq
Oxunma sayı: 643

Sportal.az xəbər verir ki, bu sözləri "Partizan"ın forvardı Aleksandr Mitroviç deyib. Jurnalistlərə açıqlama verən 17 yaşlı futbolçu komandasının "Neftçi" ilə oyunda qələbə qazanmağa borclu olduğunu bildirib: "Daxili çempionatla yanaşı, Avropa Liqasına da uğurlu start vermək istəyirik. Aldığımız məlumata görə, "Neftçi" də çempionatın son turunda vacib qələbə qazanıb. Bu qələbədən sonra rəqibin Serbiyaya yüksək əhval-ruhiyyə ilə gələcəyi şübhə doğurmur. Düşünürəm ki, biz doğma meydan amilindən maksimum İstifadə etməliyik.

O, daha sonra sözlərinə belə davam edib: “Artıq rəqib haqda lazımi məlumatlar əldə etmişik. Matçın çətin keçəcəyini indidən söyləmək olar. Təbii ki, rəqibə hörmətlə yanaşmalıyıq. Bununla belə, "Neftçi" ilə oyunda qələbə qazanmağa borcluyuq".