“Neftçi” İran çempionunu məğlub etdi

neftci-iran-cempionunu-meglub-etdi
Oxunma sayı: 633

“Qafqazinfo”nun verdiyi məlumata görə, “flaqman” İran çempionu “Sepahan”la qarşılaşıb.
“Ağ-qaralar” rəqibinə 1:0 hesabı ilə qalib gəlib. Oyundan yeganə topu braziliyalı futbolçu Flavinyo vurub.

Komandaların baş məşqçiləri oyundan sonra fikirlərini bildiriblər:

“Neftçi” - Böyükağa Hacıyev: “Ümumilikdə oyundan razı qaldım. İlk görüşlə müqayisədə futbolçular bir-birini daha yaxşı başa düşürdü. Rəqibimiz də Asiya qitəsində öz adından söz etdirmiş İran çempionu idi. Nəticə isə qələbə ruhunu qoruyub saxlamaq baxımından vacibdir. Toplanışa cəlb olunmuş gənc futbolçulara da şans verdik və onlar da ümidləri doğruldurlar. Çalışacağıq ki, ixtiyarımızda olan hazırlıq müddətindən maksimum yararlanıb komandanı tam hazır vəziyyətə gətirək”.

“Sepahan” - Zlatko Krançar: “Neftçi” ilə qarşılaşmanın çətin keçəcəyini bilirdik. Rəqib istədiyimiz oyunu göstərməyə imkan vermədi. Komandanız meydanın mərkəzini daha sürətlə keçirdi. Hər halda bu yoxlama oyunudur və bizim səhvlərimizi görmək imkanımız oldu. “Neftçi”nin heyətində çıxış edən gənc futbolçuları da qeyd etməliyəm. Onlar yaxşı təsir bağışladı. Çempionlar Liqası turnirində də komandanıza uğurlar arzulayıram”.