“Neftçi” mərhələ keçsə, İspaniya nəhəngi ilə qarşılaşacaq

neftci-merhele-kecse-ispaniya-nehengi-ile-qarsilasacaq
Oxunma sayı: 2297

Bu gün Avropa Liqasında 2-ci təsnifat mərhələsinin də püşkatma mərasimi keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, püşk nəticəsində “Qəbələ”, “Neftçi” və “Keşlə”nin də Avroliqanın 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri məlum olub.

Beləliklə, “Qəbələ” “Proqres” (Lüksemburq) səddini keçsə, 2-ci mərhələdə “Honved” (Macarıstan) – “Rabotniçki” (Makedoniya) cütünün qalibi ilə qarşılaşmalı olacaq. Komandamız ilk oyunu səfərdə, cavab görüşünü evdə keçirməlidi.

“Neftçi” “Uypeşt”i (Macarıstan) mübarizədən kənarlaşdıracağı halda növbəti mərhələdə İspaniyanın “Sevilya” klubu ilə üz-üzə gələcək. İlk oyun səfərdə, cavab matçı Bakıda baş tutacaq.

Azərbaycan kubokunun qalibi “Keşlə”ni isə “Baltsan”ı (Malta) keçəcəyi halda “Milsami” (Moldova) – “Slovan” (Bratislava, Slovakiya) mübarizə gözləyəcək. Təmsilçimiz yenə ilk matçını səfərdə, cavab görüşünü evdə keçirəcək.

Bu mərhələnin ilk oyunları iyulun 26-da, cavab matçları isə avqustun 2-də keçiriləcək.