“Neftçi” qapıçı almır - Reaksiya

neftci-qapici-almir-reaksiya
Oxunma sayı: 646

Fanat.az-ın verdiyi məlumatda bildirilib ki, “Benfika” klubunun və Portuqaliya millisinin sabiq qapıçısı Joze Filipe da Silva Moreyra transfer ilə bağlı olaraq Bakıya gəlib.

Məlumatı dəqiqləşdirmək üçün “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə ilə əlaqə saxladıq.

Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən Gündüz Abbaszadə məlumatın düzgün olmadığını deyib: “Bu düzgün məlumat deyil. Hələ ki, bizim düşərgə də elə bir insan yoxdur”.

G. Abbaszadə hazırda “Neftçi”nin 1 günlük istirahət etdiyini də bildirib: “Bu gün komanda istirah edir. Sabah isə artıq “Neftçi” Qəbələyə yola düşəcək”.

Xatırladaq ki, Premyer Liqanın XI tutu çərçivəsində “Neftçi” 3 noyabrda “Qəbələ” klubu ilə qarşılaşacaq.

Sevinc