“Neftçi” – “Qarabağ” oyununda Paşayev

neftci-qarabag-oyununda-pasayev
Oxunma sayı: 645

Topaz Premyer Liqasında son turun hakim təyinatları açıqlanıb. “Qafqazinfo” xəbər verir ki, eyni gündə keçiriləcək oyunlara FİFA referilərimizin hər üçü baş hakim kimi təyinat alıb.

Onlardan Əliyar Ağayevlə Rəhim Həsənov avrokuboklara son vəsiqənin sahibinə aydınlıq gətirəcək qarşılaşmalarda iş başında olacaqlar.

Xatırladaq ki, Avropa Liqasında 4-cü vəsiqəyə "Zirə" ilə "Kəpəz" şanslıdı. 
 
29 aprel (şənbə)
“Kəpəz” – “İnter”

Hakimlər: Rəhim Həsənov, Vüqar Bayramov, Azər Əsgərov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Füzuli Nəcəfov
Gəncə şəhər stadionu, 16:00

“Sumqayıt” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, İsgəndər Əliyev, Elşad Abdullayev, Rauf Cabbarov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Murad Məmmədov
“Kapital Bank Arena”, 16:00 

“Neftçi” – “Qarabağ”
Hakimlər: Ömər Paşayev, Akif Əmirəli, Elman Musayev, Orxan Məmmədov 
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Asim Xudiyev
“Bakcell Arena”, 17:00

AZAL – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ramil Diniyev
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Əhmədağa Cabbarov
“AZAL Arena”, 16:00 (canlı, “CBC Sport”)