“Neftçi” rəqibinin 6-nı üstünə çevirdi... - Fotolar + Video

neftci-reqibinin-6-ni-ustune-cevirdi
Oxunma sayı: 8313

Bu gün UEFA Avropa Liqasında ilk təsnifat mərhələsinin cavab oyunları keçirilir. “Qafqazinfo” xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən “Neftçi” və “Səbail”də meydana çıxıblar.

“Universitatya Krayova” (Rumıniya) – “Səbail” (Azərbaycan) - 3:2

***

Meydan sahibləri 28-ci dəqiqədə hesabı açır. Alexandru Kikaldau fərqlənir.

***

“Universitatya Krayova” 51-ci dəqiqədə Boqdan Vatajelunun qolu ilə hesabı artırır - 2:0.

***

"Səbail" 67-ci dəqiqədə Ağabala Ramazanovun vurduğu qol sayəsində hesab arasındakı fərqi azaldır - 2:1

***

Azərbaycan klubu 69-cu dəqiqədə hesabı bərabərləşdirir. Duventru Ağabala Ramazanovun ötürməsini qola çevrir - 2:2.

***

Fortes 90-cı dəqiqədə Rumıniya klubunu hesabda önə keçirir - 3:2

***

Hər iki görüşdə 3:2 hesabı ilə uduzan "Səbail" Avropa Liqasında mübarizəni dayandırıb.


“Neftçi “(Azərbaycan) – “Sperantsa” (Moldova) - 6:0 (İkinci hissə)

***

"Neftçi" 19-cu dəqiqədə hesabı açır. Platellas Bakı klubunu hesabda önə keçirir.

***

Emin Mahmudov 24-cü dəqiqədə penaltidən hesabı 2:0 edir.

***

Platellas 40-cı dəqiqədə dublunu rəsmiləşdirir - 3:0

***

43-cü dəqiqədə Dario Frederiko hesabı 4:0-a çatdırır.

***

"Neftçi" 67-ci dəqiqədə 5-ci qolu vurur. Stiven Monroz fərqlənir.

***

İsmayıl Zülfüqarlı 78-ci dəqiqədə "Neftçi"nin 6-cı qolunu vurur.

***

Qarşılaşma başa çatdı. Moldovakı oyunda rəqibinə 3:0, Bakıda keçirilən cavab matçında isə rəqibinə 6:0 qalib gələn "Neftçi" növbəti mərhələyə adlayıb.

Fotolar: Pərvin Zeynal