“Neftçi” rəsmən çempion oldu!

neftci-resmen-cempion-oldu
Oxunma sayı: 651

“Qafqazinfo”nun verdiyi xəbərə görə, lider “Neftçi” məğlub olsa da, çempionluğunu rəsmiləşdirib.

Belə ki, “flaqman”ın ən yaxın izləyicisi “Qəbələ” AZAL-a uduzaraq 5 xallıq fərqi əridə bilməyib. Beləliklə, sona 1 tur qalmış ilk “altılıq”da heç bir komandanın yerini dəyişməyəcəyi məlum olub.

“Kəpəz” 4–2 “Neftçi”
(Təbriz Hüseynli, 30; Georgi Sepiaşvili, 41; Ravil Müslümov, 75; Emin Əliyev, 79 - Elşən Abdullayev, 3; Cavid Muxtarzadə, 90)
Hakimlər: Ramiz Məhərrəmov, Elxan Əsgərzadə, Ruslan Quliyev, Əli Əliyev
Hakim-inspektor: Salman Vəliyev
Gəncə şəhər stadionu
AZAL 2–1 “Qəbələ”
(Emin Ağaməmmədli, 49; Elmin Çobanov, 89 - Salman İbrahimov, 7)
Hakimlər: Anar Göyçayski, Elnur Ağayev, Ağahüseyn Əzizov, Fuad Rəsulzadə
Hakim-inspektor: Şamil Useynov
“AZAL Arena” stadionu
“Turan” 5–1 “Rəvan”
(Tuqay Alhüseynli, 4; 85; Elmixan Məmmədov, 13 (p.); Rəşad Piriyev, 63; 69 - Ramil Rəhimzadə, 79 (p.))
Hakimlər: İnqilab Məmmədov, Əli Cəbrayılov, Teymur Teymurov, Nihad Xəlilov
Hakim-inspektor: Qabil Nərimanov
Tovuz rayon Qaraxanlı qəsəbə stadionu
“İnter” 2–1 “Bakı”
(Samir Hüseynli, 37; Ramil Mansurov, 85 - Vasif Rzayev, 83 (p.))
Hakimlər: Etibar Həsənov, Vüsal Qənbərov, Rasim Əhmədov, Kənan Məlikov
Hakim-inspektor: İradə İsgəndərova
"Şəfa" stadionu
“Xəzər Lənkəran” 1–3 “Simurq”
(Salif Ballo, 86 - Arzuman Nəsibov, 35; Qafar Qafarov, 45+1; Laçın Şəkərov, 59)
Hakimlər: Elgün Hüseynov, Vüqar Bayramov, Elvin Ağayev, Vurğun Talıbov
Hakim-inspektor: Rufulla Kərimov
Lənkəran Olimpiya Kompleksinin stadionu
“Qarabağ” 1–0 “Sumqayıt”
(Toğrul Bilallı, 90)
Hakimlər: Rəşad Əhmədov, Samir Hacıyev, Hüseyn Əsgərov, İlqar Zeynalov
Hakim-inspektor: Namiq Qasımov
"Şəfa" stadionu. 4-cü meydança

Ceyhun Əhmədov